“Həmin gün azarkeşlər çox möhtəşəm atmosfer yaratmışdı”.
Bu fikirləri Sportinfo.az-a açıqlamasında Konfrans Liqasının “Aris”lə cavab matçında qazanılan qələbədən (3:0) danışan “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.
O bildirib ki, stadiona toplaşan fanatların cavabı ancaq qələbə olmalı idi:
“Biz də bunun qarşılığı olaraq, möhtəşəm qələbə ilə mərhələni keçə bildik Matçdan əvvəl baş məşqçi Laurentsiu Regekampf bizdə qələbəyə böyük inam yaratmışdı.
Hər məşqdə bizə bu turu keçəcəyimizi və özümüzə inanmağımızı söyləyirdi. Və hər birimiz də bunu bacaracağımıza inandıq və Kiprdə 0:2 hesablı məğlubiyyətin təsadüfi olduğunu göstərdik”.

