"Neftçi”ni təbrik edirəm, təəssüf ki, uduzduq". - "Aris"in futbolçusu

1 Avqust 2022 03:30 Neftçi 1 019
"Neftçi”ni təbrik edirəm, təəssüf ki, uduzduq". - "Aris"in futbolçusu

Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris” turnirdəki mübarizəsini yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, Limassol klubunun aparıcı üzvü Yevgeni Yablonski matçla bağlı sportal.az-a açıqlama verib.

Belaruslu futbolçu Bakıda keçirilən matç haqda fikirlərini əməkdaşımızla bölüşüb:

“Əslində, Bakıya yaxşı motivasiya ilə gəlmişdik. Kiprdə komandamız yaxşı qələbə qazanmışdı.

Amma Bakıdakı oyunun da çətin keçəcəyini bilirdik. Qələbə münasibətilə “Neftçi”ni təbrik edirəm. Həqiqətən də Bakıda çox yaxşı oyun alındı. Təəssüf ki, uduzduq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti