“Əlbəttə, “Neftçi”də qala bilərdim, amma…“ - YARIMÇIQ SEVGİ MACƏRASI

31 İyul 2022 21:00 Neftçi 2 410
“Əlbəttə, “Neftçi”də qala bilərdim, amma…“ - YARIMÇIQ SEVGİ MACƏRASI

Uzun illər Türkiyədə yaşamış, türkcə sərbəst danışan, Azərbaycanda olduğu müddətdə hər kəsin sevgisini qazanan

Tiaqo Bezerra “Neftçi”də oynadığı müddətdə qolçuluq bacarığını göstərsə də, ağır zədə və koronavirusa yoluxması daha parlaq oyun sərgiləməsinə imkan vermədi.

Braziliyalı hücumçu ötən mövsüm “Neftçi”də çıxış etdiyi müddətdə 25 oyunda 10 qolla yadda qalıb. “Sambaçı” bir müddət öncə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Aruba" ilə müqavilə bağlayıb.

Cəunbi amerikalı bu gün “Neftçi”də olmamasının səbəbini bilir. Amma yenə də Bakı klubuna bəslədiyi sevgini gizlətmir.

Onun Sportinfo.az-a açıqlaması sizi buna əmin edə bilər:

“Neftçi” rəhbərliyinə, komanda yoldaşlarıma, azarkeşlərə və futboldan kənarda mənə və ailəmə isti münasibət göstərmiş insanlara təşəkkür etmək istəyirəm. 8-9 ay özümüzü evdəki kimi hiss etdik.

Əlbəttə, hər şey daha yaxşı ola, “Neftçi”də qala bilərdim. Amma zədə ilə koronavirus gücümü tam ortaya qoymağa imkan vermədi.

İstənilən halda komandaya fayda verdiyimi düşünür və Azərbaycandakı gözəl günlərimdən məmnunluğumu bildirirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti