“Neftçi”nin bu qızlara rəhmi gəlmədi - MARAQLI FOTOLAR

31 İyul 2022 20:00 Neftçi 9 457
“Neftçi”nin bu qızlara rəhmi gəlmədi - MARAQLI FOTOLAR

“Neftçi”ylə “Aris” arasında Bakıda baş tutan oyunu izləmək üçün Kiprdən Azərbaycana xeyli sayda azarkeş gəlmişdi.

Matç günü “Bakcell Arena”da onların sayı kifayət qədər idi – 150-dən artıq.

Oyunboyu susmaq bilməyən, komandalarını məğlubiyyətdən qaçmağa səsləyən fanatların 90 dəqiqənin tamamında stadionu üzgün tərk etməkdən başqa çarəsi qalmamışdı.

Maraqlı görüntü Limassoldan Bakıya xeyli sayda xanım azarkeşin də gəlməsiydi. Avropalı qızlar paytaxtımızın gözəlliyindən zövq alsa da, sevimli komandalarının oyunu qadınların futbol zövqünü korladı.

Çəkilmiş fotoların bəziləri oyundan əvvələ təsadüf edir. Həmin vaxt kefləri yerindəydi. Hakimin final fitindən sonra isə başlarını yerdən yuxarı qaldırmaqda çətinlik çəkirdilər

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti