Bakıda "Neftçi" və "Rapid" (Vyana) arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun baş hakimi olan Dario Bel ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Sportinfo.az xəbər verir ki, xorvatiyalı FIFA referisi bu mövsüm ikinci dəfə "ağ-qaralar"ın matçına təyinat alıb.
O, paytaxt klubunun Kiprdə "Aris"lə oynadığı II təsnifat mərhələsinin ilk görüşündə (0:2) dördüncü hakim funksiyasını yerinə yetirib.
"Neftçi" - "Rapid" qarşılaşmasında Belə Maryan Tomas və Kristian Novosel köməklik göstərəcək. Dördüncü hakim isə Tixomir Pein olacaq.
Avqustun 4-də "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başalayacaq.

