"Neftçi"nin baş məşqçisindən ŞOK İDDİA: "Mənə inanın! Sizə nə demişdim?"

31 İyul 2022 14:40 Neftçi 5 108
"Neftçi"nin baş məşqçisindən ŞOK İDDİA: "Mənə inanın! Sizə nə demişdim?"

"Neftçi"nin baş məşqçisi Lorentsiu Regekampf maraqlı iddia irəli sürüb. Rumıniyalı çalışdırıcı

Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Rapid"i udmaq gücündə olduqlarını bildirib.

Futbolçuları ilə bu ətrafda söhbət aparan mütəxəssis Vyana klubunun o qədər də güclü rəqib olmadığını söyləyib:

"Siz mənə inanın! Kiprdə "Aris"ə uduzanda, mən sizə nə demişdim? Demişdim ki, biz onlara Bakıda 3 qol vuracaq və mərhələ kecəcəyik.

Halbuki hiss edirdim ki, mən bu sözləri deyəndə, bəziləri mənə inanmırdı, artıq avrokuboklarda mübarizəni dayandırdığımızı düşünürdü.

İndi də hamı fikirləşir ki, "Rapid" bizi asanlıqla keçəcək. Mən isə gördüyümüz işə, komandamın potensialına inanıram.

"Aris"lə cavab oyunundakı əzmkarlıq çox xoşuma gəldi. Bilirəm ki, biz bundan da yaxşısını bacararıq. Bizdə o güc var.

Gəlin, sadəcə, öz gücümüzə inanaq, daha yaxşısını edək. "Aris"i necə şoka saldıqsa, "Rapid"i də o cür məğlubiyyətə uğrada bilərik".

"Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti