"Neftçi"də narahatlıq yaradan iki futbolçudan YENİ XƏBƏR

30 İyul 2022 19:40 Neftçi 2 639
"Neftçi"də narahatlıq yaradan iki futbolçudan YENİ XƏBƏR

"Aris" üzərində 3:0 qələbə qazanan "Neftçi" Konfrans Liqasında mübarizəni davam etdirməyi bacardı.

Amma kiprlilərlə matçın son dəqiqələri "ağ qaralar" üçün xoş olmayan iki hadisə yaşandı.

Belə ki, Azər Salahlı və Voyislav Stankoviç ard-arda zədələr aldılar. Birinci ümumiyyətlə, oyuna davam edə bilməyərək, Rəhman Hacıyevlə əvəzləndisə, serbiyalı yalnız iynə gücünə matça davam etdi.

Hər iki oyunçunu son durumu ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Futbolçuların müalicələri davam edir. "Rapid"lə oyuna yetişmələri üçün çalışırıq. Hər iki futbolçu da dünən komandadan uzaq, fərdi məşqlə kifayətlənməli olublar.

Bu gün komandaya istirahət verilib. Böyük ehtimal həm Azər, həm də Stankoviç sabah komanda ilə məşqlərə qoşulacaqlar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti