“Keçmiş komandamın mərhələ adlaya biləcəyini demişdim, çünki buna inanırdım”.
“Neftçi”nin sabiq hücumçusu Tyaqo Bezerra Sportinfo.az-a açıqlamasında “Aris” üzərində qazanılan qələbəni şərh edib.
Braziliyalı komandanın doğma azarkeşləri önündə daha rahat və parlaq oynadığını qeyd edib:
“Böyük komandaların ən böyük üstünlüyü azarkeşləridir. Bilirdim ki, Bakıda stadion dolsa, rəqib üçün çox çətin olacaq.
Çünki “Bakcell Arena”nın akustikası möhtəşəmdir, futbolçular tribunaları hiss edə bilir. 0:2-dən sonra 3:0 möhtəşəm nəticədir.
Sadəcə, “Neftçi” ilk oyunda toparlana bilməmişdi. Həm də fasilədən sonra ilk matç həmişə çətin olur.
Komandaya növbəti görüşlərdə də uğurlar arzulayıram”.
Tyaqo Bezerra ötən mövsüm “Neftçi”də çıxış etdiyi müddətdə 25 oyunda 10 qolla yadda qalıb.
“Sambaçı” bir müddət öncə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Aruba" ilə müqavilə bağlayıb.
HƏBİB

