Konfrans Liqasının II təsnifat mərhələsində «Neftçi»yə rəqib olan "Aris"də toplantı keçirilib.
Prezident Vladimir Fyodorov Bakıda 0:3 hesablı məğlubiyyətə uğrayan və avrokuboklarla vidalaşan komandaya görə böyük məyusluq keçirdiyini bildirib.
Yığıncaq gərgin ab-havada baş tutub.
O, Kiprdə qeydə alınan 2:0-dan sonra qitə arenasında yollarına davam edəcəklərinə inandığını, Azərbaycan səfərində isə bütün ümidlərinin suya düşdüyünü vurğulayıb.
Əsəbi tonda danışan və danışdığı əsnada əlini bir neçə dəfə stola çırpan Fyodorov yenilginin səbəblərini araşdıracağını, cəza tədbirləri görəcəyini söyləyib.
SPORTİNFO.AZ

