"Rapid"dən "Neftçi"yə verilən qiymət – Məbləğa diqqət!

29 İyul 2022 22:40 Neftçi 2 611
"Rapid"dən "Neftçi"yə verilən qiymət – Məbləğa diqqət!

"Rapid" "Neftçi"yə qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletlərinin qiymətini açıqlayıb.

Sportinfo.az Vyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır.

B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

Avqustun 11-də keçiriləcək "Rapid" – "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk qarşılaşma avqustun 4-də "Bakcell Arena"da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti