“Neftçi”, “Zirə” və “Qəbələ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyunlarını keçirib.
Bu komandalar arasında yalnız “Neftçi”nin növbəti tura keçmək ehtimalı xeyli yüksək dəyərləndirilirdi.
Belə ki, “Zirə” və “Qəbələ” ilk görüşlərində rəqiblərinə 3 top fərqilə udzmuş və praktiki olaraq, üçüncü mərhələyə yüksəlmək şanslarını itirmişdi.
Bakılılar isə Kiprdə “Aris”ə 0:2 hesabı ilə məğlub olmuşdu. “Neftçi” çox gərgin mübarizə şəraitində keçən cavab qarşılaşmasında “kambek” etməklə, minimum vəzifənin öhdəsindən gəldi.
“Sportinfo TV”də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərov qarşılaşma ilə bağlı maraqlı fikirlər səsləndirib.
Deyib ki, bu qələbəni futbolçuların əzmkarlığına yazmaq lazımdır:
“Düşünürəm ki, paytaxt klubunun bu qələbəsində baş məşqçi Lorentsiu Regekampfın heç də böyük təsiri yoxdur. Çünki bu qarşılaşmada biz hər hansı oyun planı, məşqçi işi görmədik.
Ancaq azarkeş-futbolçu sinerjisi bu zəfəri gətirdi. Rumıniyalı mütəxəssis barədə danışmaq üçün bir neçə həftə gözləməli olacağıq”.
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

