“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.
Sportinfo.az xəbər verir ki, Nikolay Qriqori ilə 2 illik müqavilə imzalanıb.
33 yaşlı rumıniyalı mütəxəssis baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən biri olacaq.
Bundan əvvəl Viorel Dinu köməkçi məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin edilib.

