“Neftçi”nin oyunundakı insidentin səbəbkarı kim idi?

29 İyul 2022 16:40 Neftçi 5 219
“Neftçi”nin oyunundakı insidentin səbəbkarı kim idi?

Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”ylə “Aris” arasındakı cavab qarşılaşmasında təmsiçimiz 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi.

90 dəqiqə ərzində meydanda gərgin mübarizə getdi, almaniyalı referi Bastian Dankertin “sarılar”ı “göydə uçuşdu”, Martin Brauna qırmızı vərəqə göstərildi.

Baş hakimin final fiti səslənincə meydanda ara qarışdı, məzhəb itdi. Bəs həmin insidentin baş verməsinin səbəbə nə, səbəbkarı kim idi?

Dankertin final fitindən dərhal sonra iki komandanın düşərgəsində fərqli ab-hava yaşanırdı. Meydan sahibləri qələbə sevinci ilə meydana axışır, qonaqlar üzgün halda baş verənlərə inana bilmirdi.

Ehtiyat oyunçular skamyasında oturanlar meydana doğru qaçanda “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev çılğınlıq göstərdi.

O, üzünü rəqibin baş məşqçisi Aleksey Şpilevskiyə tərəf çevirib, iki əli ilə sevincini göstərdi.

Əliyevin hərəkətindən qıcıqlanan belaruslu çalışdırıcı əl işarəsi ilə ona uzaqlaşmaq göstərişi verincə, tərcüməçinin sevinc dozası artdı və o, eyni hərəkəti daha qabarıq formada təkrarlamağa başladı.

Şpilevski Əliyevin üzərinə şığıyanda, “Aris”in futbolçusu Aleks Muketu-Mussunda baş məşqçini qabaqlayıb, “Neftçi”li ilə haqq-hesab çəkməyə tələsdi.

Onların arasında gərginlik yaşanan anda isə meydandakı digər futbolçu və rəsmilər arasında insident başladı.

Klub rəsmilərinin və hakimlərin sayəsində qalmaqal xəsarətsiz başa çatdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti