Prezidentin köməkçisi "Neftçi" üçün bu sözü işlətdi

29 İyul 2022 09:20 Neftçi 1 267
Prezidentin köməkçisi "Neftçi" üçün bu sözü işlətdi

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Neftçi"ni Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Prezidentin köməkçisi təbrikini tviter hesabında edib. “Təbriklər” – Şahmar Mövsümov yazaraq, “Neftçi”nin tviter hesabından paylaşım edib.

"Neftçi" Konfrans Liqasında növbəti mərhələyə yüksəlib. Komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb. Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib.

Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti