"Ötən oyundakı məğlubiyyətdən sonra demişdim ki, Bakıda sonadək vuruşacağıq və mərhələ adlayacaq.
Bu zaman çoxları mənə gülürdü".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda "Aris"ə 3:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
46 yaşlı mütəxəssis oyunçularının keyfiyyətlərinə bələd olduğunu bildirib:
"Futbolçular qələbəni haqq etdilər. Mən onları hər oyunda dəstəkləməliyəm. Rəhbərliyə təşəkkür edirəm ki, komandaya bu cür keyfiyyətli oyunçular gətiriblər".
Rumıniyalı baş məşqçi azarkeşlərin mükəmməl olduğunu söyləyib.

