“Aris”in heyətində “Neftçi”yə qarşı oynaya bilərdim” – Sabiq “Qarabağ”lıdan MARAQLI ETİRAF

28 İyul 2022 18:00 Neftçi 1 515
“Aris”in heyətində “Neftçi”yə qarşı oynaya bilərdim” – Sabiq “Qarabağ”lıdan MARAQLI ETİRAF

“Mən “Apollon”da çıxış edən “Aris” ikinci liqada mübarizə aparırdı.

Ona görə də bu komandaya qarşı oynamaq imkanım olmamışdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında vaxtilə “Qarabağ”la “Neftçi”nin şərəfini qorumuş Vild-Donald Gerye deyib.

Haiti millisinin müdafiəçisi “Aris”ə qarşı oynamasa da, mütləq ki, bu komandayla bağlı müəyyən məlumatlara sahibdir. “Neftçi” isə onun yaxından tanıdığı kollektivdir.

Gerye ”Aris”in ilk oyunda təmsilçimizi 2:0 hesabı ilə məğlub etməsindən xəbərdar olsa da, cavab qarşılaşması haqda fikir bildirmək istəməyib:

“Neftçi” mövzusunda fikir bildirmək istəmirəm. “Qarabağ”dan nə qədər istəyirsiniz danışaq”.

Buna baxmayaraq, 33 yaşlı futbolçu maraqlı faktın üstünü açıb:

“Bu gün “Aris”in heyətində “Neftçi”yə qarşı oynaya bilərdim. Təxminən 2 həftə əvvəl tanış agent “Aris”in mənə maraq göstərdiyini demişdi.

Danışığımız oldu, şərtlərimi dedim. O da klub rəhbərliyi ilə danışandan sonra mənə geridönüş edəcəyini söylədi.

Hələ ki, cavab yoxdur. Növbəti günlərdə zəng edəcəklər, ya yox – deyə bilmərəm”.

Vild-Donald Gerye “Qarabağ”la “Neftçi”nin heyətində çıxış etdiyi dönəmdə Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 64 oyunun iştirakçısı olmaqla 7 qola imza atıb.

“Qarabağ”da avrokuboklarda meydana çıxdığı 33 qarşılaşmada 6 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti