Bu gün “Bakcell Arena”da anşlaq olacaq.
“Neftçi”sevərlərin matça böyük maraq göstərməsi öz yerində.
İşin maraqlı tərəfi “Aris” fanatlarının atdığı addımdır.
Sportinfo.az xəbər verir ki, Limassol təmsilçisi oyuna qədərki yazışmalarda “Neftçi” rəsmilərinə Bakıya 70 kiprli azarkeşin gələcəyini bildirib.
Lakin oyunla hazırlıqla bağlı bugünkü iclasda məlum olub ki, ilk oyunda qeydə alınan nəticə sayəsində Azərbaycana gələn azarkeşlərin sayı 70 yox, 160-dır. Hətta bir qədər də çox ola bilər.
Bunu nəzərə alan UEFA nümayəndəsi “Neftçi” rəhbərliyinə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə dair göstəriş verib.
Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsinin ilk oyunu çərçivəsində baş tutan oyunda “Aris” – “Neftçi”ni məğlub edib.
Komandalar arasındakı cavab görüşü bu axşam saat 21:00-da başlayacaq.
SPORTİNFO.AZ

