“Neftçi” mərhələ adlamaq istəyirsə... Klub rəhbərliyinə TƏCİLİ MESAJ

28 İyul 2022 16:40 Neftçi 1 469
“Neftçi” mərhələ adlamaq istəyirsə... Klub rəhbərliyinə TƏCİLİ MESAJ

“Qarabağ” İsveçrədə “Sürix”lə oynayan saatda ölkə xaricində hazırlıq keçən və avrokubok matçına yollanan komandalarımızın məşqçi və futbolçu heyəti zala toplaşmışdı.

Qaldıqları otelin konfrans zalındakı iri həcmli monitorda Azərbaycan çempionunu dəstəkləyir, eyni həyəcanı yaşayırdılar.

Həmin zaman kəsiyində “Neftçi”lilərin də eyni üsuldan yararlandığını iddia etməkdə, açığı, çətinlik çəkirəm.

Laurentsiu Regekampfın, elə yetirmələrinin də başı “Aris”lə oyunun hazırlığına qarışıb. Öz rəqiblərini qoyub, “Qarabağ”a görə 2 saat televizorun qarşısında oturası deyildilər ki. Bu gün axşam 9-a qədər görülməli olan xeyli iş var.

Rumın çalışdırıcı bu gün axşama qədər komandasını təcili monitorlu bir otağa toplamalıdır. Həm də çox təcili!

“Sürix” – “Qarabağ” matçının 90 dəqiqəsinə gərək yoxdur. Baxmaları o qədər də vacib deyil. Amma əsl döyüş meydanını xatırladan son 30 dəqiqəni mütləq və mütləq “Neftçi”nin məşqçi və futbolçularına göstərmək lazımdır.

Futbol oynamaqdan başqa, həm də döyüşməyin, əzmkarlığın nə olduğunu, hakimin tərəfkeşliyinə rəğmən məğlubiyyətdən qaçmağın yolunu, rəqibi “cin atına mindirmək” üçün necə oynamağın lazım gəldiyini “Neftçi”nin futbolçularına aşılamaq mütəqdir.

İndi əsl məqamdır. Yaxşı təşkilatçı, cəmi yarım saat vaxt lazımdır. Məşqçi və futbolçuları qaranlıq otağa salıb “Qarabağ”ın oyununu göstərirsən, ordan da birbaşa meydana daxil olurlar.

Bunu Kamran Quliyev edəcək, Elnur Eyvazov bacaracaq, yoxsa sponsorlardan biri qollarını çırmalayacaq – öz işləridir. Təki can yandıran olsun.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti