Rumıniyalı "Neftçi" rəhbərliyindən daha 2 transfer istədi

28 İyul 2022 13:00 Neftçi 1 783
Rumıniyalı "Neftçi" rəhbərliyindən daha 2 transfer istədi

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekamfp klub rəhbərliyindən daha 2 yeni transfer istəyib.

Rumıniyalı mütəxəssis hücum və yarımmüdafiə xətlərinə legioner gətirilməsini zəruri sayır.

O, Konfrans Liqasında «Aris»lə bu gün keçiriləcək cavab oyununun nəticəsindən asılı olmayaraq, komandanı gücləndirmək gərəkdiyini bildirib.

Sezar Meza Kollinin uzun müddətə sıradan çıxması və Kiprdəki ilk qarşılaşmada ön xətdə müəyyən boşluqların nəzərə çarpması yeni çalışdırıcını narahat edib. Regekampf avqustun ilk yarısınadək transfer çalışmalarının bitirilməsini tapşırıb.

Paytat klubu bu yay artıq 5 əcnəbi futbolçu gətirib. Bunlar Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail), Solomon Kvirkveliya (“Qaqra”, Gürcüstan) və Yeqor Boqomolskidir (“Minsk”, Belarus).

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti