"Neftçi"nin baş məşqçisi əmin danışdı: “Bunu sabah görəcəksiz"

27 İyul 2022 19:10 Neftçi 1 298
"Neftçi"nin baş məşqçisi əmin danışdı: “Bunu sabah görəcəksiz"

"İlk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik.

Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda "Aris"ə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis rəqibə hörmət etdiklərini söyləyib:

"Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq".

Rumıniyalı baş məşqçi hazırda rəqibi daha yaxşı tanıdıqlarını vurğulayıb:

"İlk görüşdə rəqibin və bizim qol şanslarımız oldu. Bir epizodda penaltimiz verilmədi. Hətta "Aris"in mərkəz müdafiəçisi ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi.

Rəqibin evdə aqressiv çıxış etməsi normaldır. Biz də bunun üçün çalışacağıq. Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz".

İyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti