Kiprlilər “Neftçi”nin “başına pul qoydu” – YARIM MİLYON…

27 İyul 2022 20:40 Neftçi 1 804
Kiprlilər “Neftçi”nin “başına pul qoydu” – YARIM MİLYON…

Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olan “Aris”in rəhbərliyi mükafat təyin edib.

Dünən Bakıya gələn Kipr klubunda bununla bağlı toplantı keçirilib.

Komandanın qaldığı oteldə təşkil olunan yığıncaq 1 saat sürüb. Rəsmilər futbolçuların diqqətinə çatdırıb ki, evdə qazanılan 2:0 hesablı qələbəyə arxayınlaşmaq olmaz.

“Neftçi”nin revanş götürmək üçün ikiqat əzmlə mübarizə aparacağını bildirən funksionerlər oyunçulara sakitliyi və ehtiyatı əldən verməməyi tapşırıb.

Qeyd olunub ki, “Neftçi”ni mübarizədən kənarlaşdırmaq müqabilində 500 min avro mükafat ödəniləcək.

Tərəflər arasındakı cavab matçı iyulun 28-də "Bakcell Arena"da oynanılacaq. Matç saat 21:00-da başlayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti