"Konfrans Liqasında "Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir".
Sportinfo.az xəbər verir ki, bunu "Aris"in prezidenti Vladimir Fyodorov "Championat"a açıqlamasında Azərbaycan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib deyib.
O bildirib ki, avrokuboklarda stabil olaraq çıxış etmək istəyirlər:
"Ancaq bu, sadəcə irəliyə doğru bir addımdır. Biz Avropa arenasında stabil olmaq istəyirik".
Komandalar arasındakı cavab matçı iyulun 28-də "Bakcell Arena"da oynanılacaq. Matçı saat 21:00-da başlayacaq.
Cütün qalibi 3-cü təsnifat mərhələsində "Rapid" (Avstriya) - "Lexiya" (Polşa) duelinin güclüsünə rəqib olacaq.

