“Neftçi”nin Avropa Konfrans Liqasındakı rəqibi “Aris” mərhələ adlamaqda israrlıdır.
Bunu komandanın Bakı səfəri ilə bağlı planından da görmək mümkündür.
Kipr təmsilçisi yerli hava şəraitinə və mühitə uyğunlaşmaq üçün paytaxtımıza oyundan iki gün əvvəl təşrif buyurub.
Limassollular bu gün günorta saatlarında Bakıya çatıb. Qonaqlar bu gün axşam saatlarında Bakı Olimpiya stadionunun ehtiyat meydanında məşq edəcək.
Sabah səhərə də yüngül məşq nəzərdə tutulub. Komandanın oyunöncəsi son hazırlığı 21:00-da matçın keçiriləcəyi “Bakcell Arena”da baş tutacaq.
Bundan 15 dəqiqə əvvəl baş məşqçi Aleksey Şiplevskinin jurnalistlər üçün mətbuat konfransı nəzərdə tutulub.
Qonaqlar məskunlaşmaq üçün şəhərin elit otellərindən sayılan “Bulvar Marriott”u seçib.
HƏBİB / SPORTİNFO.AZ

