“Neftçi” ilə işimiz yarımçıq qalıb, bunu bitirməliyik - 2:0 hər kəsi ayaqda saxlayır"

27 İyul 2022 11:00 Neftçi 727
“Neftçi” ilə işimiz yarımçıq qalıb, bunu bitirməliyik - 2:0 hər kəsi ayaqda saxlayır"

"Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu "Aris"in mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün yerli mətbuata açıqlamasında deyib.

O, səfərə üstünlüklə yollandıqlarını xatırladıb: "Bu, tarixi oyundur. İş yarımçıq qalıb. Cümə axşamı bunu bitirməliyik. 2:0 hesabı komandadakı hər kəsi ayaqda saxlayır".

Papadopulos zədəli Matiya Şpolyariçin Azərbaycana gətirilmədiyini xatırladıb:

"O, ilk oyunun sonlarında narahatlıq hiss etdi. Hazırda Kiprdə qalmağa və müalicəsi ilə məşğul olmağa önəm verdi".

İyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti