"Neftçi"nin baş məşqçisi bu sözləriylə futbolçuları ŞOK ETDİ!

26 İyul 2022 11:40 Neftçi 1 905
"Neftçi"nin baş məşqçisi bu sözləriylə futbolçuları ŞOK ETDİ!

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekamfp futbolçuları şoka salıb.

Hadisə Kiprdə – «Aris»lə matçdan dəqiqələr sonra baş verib.

Belə ki, Konfrans Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmada 0:2 hesabıyla uduzan «ağ-qaralar»ın çalışdırıcısı paltardəyişmə otağına daxil olaraq, oyunçulara gülə-gülə «niyə dilxorsuz» sualı verib.

Komanda üzvlərinin bu sualdan çaşbaş olduğunu görən rumıniyalı çalışdırıcı «düzdür, burada çox pis təsir bağışladıq, amma kefinizi pozmayın, Bakıda «Aris»ə 3:0 hesabıyla qalib gələcəyik» söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti