“Neftçi” fanatları Kamran Quliyevə sərt xəbərdarlıq etdi: “Allah eləməsin..."

26 İyul 2022 20:00 Neftçi 2 495
“Neftçi” fanatları Kamran Quliyevə sərt xəbərdarlıq etdi: “Allah eləməsin..."

Dilimizdə belə bir deyim var: “Ağ yuyub, qara sərmək”…

Bu gün “Neftçi”nin prezidenti Kamran Quliyevin haqqında social şəbəkələrdə yazılan iradlara bundan başqa yaxşı bənzətmə tapa bilmədim.

Onun mətbuata verdiyi sonuncu açıqlama, onsuz da, hazırda qəzəbli olan “Neftçi” fanatlarını əməlli-başlı özündən çıxarıb.

Sitat: “Aris”ə 0:2 hesablı məğlubiyyət faciə deyil. Ola bilər, bacardığımız futbolu göstərmədik. Burada ikinci fikir ola bilməz. Bu komanda böyük potensiala malikdi. "Neftçi"də uzun müddət oynayan futbolçuların potensialını bilirsiz. Yeni gələnlər də əlavə olub. Biz inanırıq. İlk matçdakı 0:2 hesabı son deyil. İnanmaq istəyirik ki, nəticədə biz qalib olacağıq. Azarkeşlər klubumuza sahib çıxsınlar, gəlib dəstək olsunlar. Onların sayəsində növbəti mərhələyə vəsiqə qazanacağıq. Bizə azarkeşsiz futbol lazım deyil. "Neftçi"ni azarkeşsiz təsəvvür etmək mümkün deyil. Bizim azarkeşlər çılığın olmalıdı, sona qədər dəstəkləməlidi”.

Sadiq fanatlar sosial şəbəkələrdə sözün həqiqi mənasında klub prezidentini ağ yuyub, qara səriblər:

“Deyirəm Kamran Quliyev bu həftə istefa versə idi, bu münasibətlə Bakıda “Neftçi” və “Dinamo” (Tbilisi) arasında yoldaşlıq oyunu keçirilərdi”.

“Bu Kamran və ətrafı getməsə, yenə deyirəm klub da heç nə düzəlməyəcək.

“Neftçi” fanatlarının "aris-marisi" keçməklə başın qata bilməzsiniz. Bu klubun fanatları qrup mərhələsi və hətta qrupdan çıxmaqla bəlkə rahat olar. Haqları da var buna”.

“Çıxın gedin, biz sahib olarıq klubumuza. Sənə azarkeşli və ya azarkeşsiz futbol lazım deyil. Sənə külli miqdarda pul yemək vacibdir, Sənə deyirəm, ay “Sumqayıt”ın eks başqanı”.

“Neftçi” əvəzolunmaz sevgiyə layiqdi, sadəcə siz söz vermisiz “Neftçi”ni darmadağın edəcəsiniz. Son deyil, “Neftçi”nin sonunu çixardanacan mübarizə aparacaqsız”.

“Azarkeşə nə etməli olduğunu öyrətmə. Bu azarkeş səndən qabaq burda idi, nəyi necə etmək lazım olduğunu da çox gözəl bilir. Başını sal aşağı, işini gör”.

“Işləri çətinə düşən kimi azarkeş cçağırırlar. Bileti al ver, millət də gəlsin. Biz “Neftci”ni ölənə kimi sevirik! Biz bizik, biz ordayıq”.

"Bu adama sadəcə pul maraqlıdı. Hər dəfə düşünür ki, necə edim daha çox pul yuyum. Özü də bilir ki, “Aris”i keçə bilməyəcək. Deyir heç olmasa bilet pulundan qazanım”.

“Düz deyir 0:2 faciə deyil. Ən böyük faciə Sənsən”,

“Kamran Quliyev, biz tək “Aris”i keçmək haqqında fikirləşməməliyik. Yəni “Aris” bizim üçün hədəf deyil. “Neftçi” azarkeşi ən böüyük uğura layiqdir. Biz qruplara qatılmaq, qrupdan çıxmaq haqqında düşünməliydik.

“Neftçi” kiçik uğurlara sevinən, ona qane olan azarkeş deyil. “Neftçi” azarkeşinin, eləcə də klubun məqsədi, məramı böyük olmalıdır. Son 10 ildə klubu məhv etmək, kiçiltmək istədilər. Bu alınmadı, heç alınmayacaq da. Nə qədər bu azarkeş var, bu klub da yaşayacaq. Heç bir klubun 60-70 illik azarkeşi yoxdur. Bunun qədrin bilin. Bu azarkeşi incitməyin, küsdürməyin.

Günahlarınızı yumaq üçün sizdən yaxşı oyun və 4-5 top fərqi ilə qələbə gözləyirik. Stadionda olcağıq. Amma Allah eləməsin, mərhələ keçilməsə sizi, məşqçi və oyunçuları nə tənqidlər gözlədiyini yaxşı bilirsiniz. Bunu düşünmək belə istəmirəm. Uğurlar!”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti