“Neftçi” fanatları bu çətin günlərdə yenə öz varlığını ortaya qoydu - FOTOREPORTAJ

26 İyul 2022 02:10 Neftçi 1 590
“Neftçi” fanatları bu çətin günlərdə yenə öz varlığını ortaya qoydu - FOTOREPORTAJ

"Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşdığı “Aris” (Limassol) ilə cavab oyununun hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, iyulun 21-də Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra – iyulun 24-də məşqlərə başlayıb.

Növbəti hazırlıq prosesi “Futbol Mərkəzi”ndə baş tutub. “Neftçi” azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.

“Neftçi” – “Aris” matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti