“Neftçi”dən gedən braziliyalı hücumçu deyir ki…

26 İyul 2022 02:50 Neftçi 2 431
“Neftçi”dən gedən braziliyalı hücumçu deyir ki…

"Neftçi"nin sabiq forvardı Tyaqo Bezerra açıqlama verib.

Ötən mövsüm "ağ-qaralar"ın formasını geyinmiş braziliyalı hazırda Səudiyyə Ərəbistanının "Al Oroba" klubunda oynayır.

Sportinfo.az xəbər verir ki, o, "Neftçi"nin Konfrans Liqasındakı çıxışından danışıb. Bezerra paytaxt klubunun "Aris" səddini keçmək ehtimalını da dəyərləndirib:

"Neftçi"nin "Aris"lə ilk oyununu gördüm. Düzdü, oyuna canlı baxmadım. Amma geniş videoicmalı izlədim. Təəssüf ki, "Neftçi" ilk oyunda uduzdu.

Ancaq inanıram ki, Bakıda tam fərqli olacaq. Çünki evdə azarkeş gücü var, dəstək olacaq.

Əminəm ki, "Neftçi" evdəki üstünlükdən istifadə edəcək. Ümidvaram ki, sonda hər şey "Neftçi"nin istədiyi kimi olacaq və mərhələni məhz onlar keçəcək" (sportal.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti