“Küsmək doğru deyil, baş məşqçimizə sahib çıxmışıq, çıxacağıq da"

25 İyul 2022 22:40 Neftçi 1 057
“Küsmək doğru deyil, baş məşqçimizə sahib çıxmışıq, çıxacağıq da"

"Bu gün baş məşqçinin təyinatından təxminən bir ay ötür.

Bir həftədən çox Boluda birlikdə olduq. Çox peşəkar və yaxşı insandır".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev yeni baş məşqçi Laurentisu Regekampf haqqında danışarkən deyib.

Funksioner bir oyuna görə kimisə mühakimə etməyin doğru olmadığını söyləyib:

"Ona sahib çıxmamağa nə var ki. İnanıram ki, bu iş birliyi bizə kömək olacaq. Onun klubumuza verəcəyi keyfiyyəti zamanla alacağıq.

Uzun yol qət edib. Məşqçilik karyerasını nəzərdə tuturam. Tənqid etmək olar. Dəstək verməmək, 2-3 oyuna görə küsmək doğru deyil".

Quliyevin sözlərinə görə, rumıniyalı mütəxəssisə öz fəlsəfəsini komandaya yeritmək qurmaq üçün vaxt lazımdır:

"Gözəl futbolçuları var. Baş məşqçimizə sahib çıxmışıq, çıxacağıq da".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti