İDDİA: “Neftçi” Bakıda “Aris”ə 2-3 top vurub, mərhələni keçəcək”

25 İyul 2022 20:00 Neftçi 2 466
İDDİA: “Neftçi” Bakıda “Aris”ə 2-3 top vurub, mərhələni keçəcək”

“Neftçi”dən bu cür oyun gözləmirdik. Açığı, rəqib də baxımlı oyunu ilə bizi təəccübləndirdi”.

“Forza Neftçi”nin fəallarından olan Zamin Əliyev Sportinfo.az açıqlamasında Avropa Konfrans Liqası çərçivəsində baş tutan “Aris” – “Neftçi” matçını (2:0) şərh edib.

Təcrübəli fanat sevimli komandasının ilk matçda məğlub olmasına baxmayaraq, səfər görüşündə “ağ-qaralar”ın sərfəli nəticə ilə mərhələ adlayacağına inandığını deyib:

“Aris” çox dəyşib. Ölkə çempionatında belə oynamırdılar. Baxırsan ki, heyətdə bəzi dəyişikliklər olub və bu, komandanı xeyli gücləndirib.

Görünür, “Neftçi” oyuna rahat çıxmışdı. Məşqçilər heyəti və futbolçular rəqibi bu cür təsəvvür etmirdi.

Qarşıda bir həftə vaxt var və ümid edirəm ki, futbolçular ilk oyunda buraxılan səhvlərdən nəticə çıxaracaq. Allahın izni ilə “Aris”ə 2-3 top vurub, mərhələni keçən biz olacağıq”.

“Neftçi” ilə “Aris” arasındakı cavab görüşü iyulun 28-i “Bakcell Arena”da baş tutacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti