"Neftçi" Peşəkar Futbol Klubu ilə "Liv Bona Dea Hospital" arasında sponsorluq müqaviləsinin bağlanacağını iyulun 14-də açıqlamışdıq (https://www.sportinfo.az/idman_xeberleri/neftci/144710.html).
Paytaxt klubunda çalışan çoxsaylı dostlarımızın sayəsində.
Onların bizə anons etdiyi yeniliyin üstündən düz 11 gün ötəndən sonra bu xəbər rəsmi təsdiqinı tapdı.
İdman direktoru Zaur Əzizovun böyük qatqısı ilə tərəflər 3 illik müqaviləyə imza atıblar.
Səbəbkarın yer almadığı imzalama mərasimində "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, komandanın baş məşqçisi Laurentsiu Regekampf, futbolçular - Rəhman Hacıyev və Azər Salahlı, həmçinin qarşı tərəfdən baş direktor Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.
Anlaşmaya əsasən, bakılı futbolçuların tibbi cəhətdən hər hansı problem yaranarsa, yeni tərəfdaşa müraciət olunacaq. Onlar da üzərlərinə düşən işi heç bir ödəmə istəmədən hıyata keçirəcək.
SPORTİNFO.AZ

