"Neftçi"nin idman direktoru Zaur Əzizovla 2 ay əvvəl danışmağa başladıq, ona hədəflərimi anlatdım.
Klub prezidenti Kamran Quliyev də bizi dinləyib, bura gəlməyimə vəsilə oldu. Qardaş ölkədən gəldiyim üçün hər ikisinin qardaşlığını hiss etdim".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" Futbol Akademiyasının yeni direktoru Cemal Bülbül deyib.
35 yaşlı mütəxəssis Bakıdakı həyatından danışıb:
"Burada özümü yad hiss etmirəm. Çünki qardaş ölkədəyəm. Tək problemim ailəmin uzaqda olmasıdır. Ancaq onlar da bir ay içərisində bura yanıma gələcəklər".
"Neftçi" Cemal Bülbüllə 2 illik müqavilə bağlayıb. O, "Neftçi"yə gələnədək "Göztəpə" klubunun Matç və Performans Təhlili və Skautluq Departamentində çalışıb.

