“Neftçi” “Sportinfo”nun yaydığı xəbəri doğruladı – HÜCUMÇU GƏTİRDİLƏR

20 İyul 2022 20:00 Neftçi 2 200
“Neftçi” “Sportinfo”nun yaydığı xəbəri doğruladı – HÜCUMÇU GƏTİRDİLƏR

"Neftçi" yeni hücumçu gətirib.

Klubun rəsmi saytı Sportinfo.az-ın dünən yaydığı xəbəri az öncə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/145133.html).

"Ağ-qaralar" Belarus millisinin forvardı Yeqor Boqomolskini transfer edib. 22 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.

Son klubu "Minsk" olan Boqomolski bu mövsüm ölkə çempionatında keçirdiyi 15 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Boqomolski Belarus yığmasının üzvüdür. Bu ildən ölkənin əsas millisinə dəvət alan forvard artıq 2 oyunda meydana çıxıb.

Onlardan biri UEFA Millətlər Liqası çərçivəsində Azərbaycana qarşı təsadüf edib. Bakıdakı görüşün (2:0) ikinci hissəsində forma şansı qazanıb.

Gənc ön xətt oyunçusu «Neftçi»yə «Minsk»dən gəlib. Minsk «Dinamo»sunun yetirməsi Belarusun flaqman klubunun heyətində 7 dəfə meydan alıb. 2019-2020-ci illərdə Brest «Dinamo»sunda keçirib.

Növbəti 2 ili də «Rux»a sərf edib. 2021-ci ildə «Minsk»ə üz tutan forvard üst-üstə 43 oyuna çıxıb, 14 qol vurub.

Samir Abasovu baş məşqçi postunda Lorentsiu Regekampfla əvəzləyən «Neftçi» bu yay Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail) və Solomon Kvirkveliyanı (“Qaqra”, Gürcüstan) transfer edib.

Boqomolski bu yay yeni gələnlər arasında ən ucuz keçidə imza atan legionerdir. Onun buradakı aylıq qazancı 10 min dollardan da aşağı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!