
“Neftçi”nin mövsümlərarası fasilə dönəmində dördüncü əcnəbi transferi Solomon Kvirkveliya oldu.
Bu xəbərdən sonra bakılı azarkeşlər bayram edir.
Təcrübəli müdafiəçi Gürcüstan millisindəki, eləcə də “Rubin” və “Lokomotiv”dəki (Moskva) çıxışları ilə azərbaycanlı futbolsevərlərə yaxından tanışdır deyə, fanatlar keçidin rəsmiləşməsini böyük sevinc hissi ilə qarşılamaqdadır.
Etiraf edək ki, buna qədərki üç transferin heç birində “Neftçi” azarkeşlərini sosial şəbəkələrdə bu qədər sevincək görməmişdik.
Elə isə, “Neftçi”nin sosial bəbəkə hesablarında Kvirkveliya xəbərlərinə yazılan şərhlərə birlikdə nəzər salaq:
“Əla transferdir”.
“Neftçi”yə transfer olunan bütün gürcü futbolçular həmişə formanın haqqını verib. Adamiya, Novalovski və sair. Və hamısı bu klubda sevilib. Təxminimiz odur ki, Solomon da onlardan biri olacaq”.
“Az qala 2 metr boyu var. Aqressiv, meydanda can qoyan oyunçudur. Oyunlarına baxmışam. Bu, əla oldu. Stankoviçlə əla tandem təşkil edəcəklər. 100 faiz azarkeşlərin sevimli futbolçusu olacaq. Xeyirli olsun!”
“Sonuncu dəfə 20 iyunda “Dinamo”ya (Tbilisi) qarşı oynayıb. 95 faiz formadadır. Bu cür keyfiyyətli, formada olan futbolçunu azad agent statusu ilə gətirənlərə eşq olsun!”
“Yüksək səviyyəli transferdir. Xeyirli olsun!”
“Xoş gəlmisən, Solomon! Alqışlanası transferdir və əminəm ki, uğurlu olacaq”.
“Axırıncı dəfə samballı “4 nömrə” Abramidze olub. Xeyirli-uğurlu olsun!”
“Əla transferdir. Vaxtilə 10 milyon qiyməti olan müdafiəçidir. Hazırda qiyməti 1 milyondur”.
HƏBİB / SPORTİNFO.AZ