“Neftçi” daha bir yerli futbolçusundan İMTİNA ETDİ

30 İyun 2022 14:00 Neftçi 3 911
“Neftçi” daha bir yerli futbolçusundan İMTİNA ETDİ

"Neftçi" 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

Taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.

Ayın 1-də səfərə yollanacaq komanda üzvləri "The Sign Esentepe Hotel & Ski Center" otelində məskunlaşacaq.

Yerli futbolçulardan ikisi bu qafilədə yer almayacaq. Lorentsiu Regekampf Mirabdulla Abbasovdan sonra Fəhmin Muradbəylinin xidmətindən imtina edib.

Rumıniyalı baş məşqçi ötə\n mövsümün iknci yarısını icarə əsasında “Şamaxı”da keçirən yarımmüfadiəçinin ona lazım olmadığı haqda rəhbəriyə təqdimatını verib,

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan paytaxt təmsilçisi məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

"Ağ-qaralar" Türkiyədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə olacaq.

"AEK Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Cavab matçı1 həftə sonra Bakıda baş tutacaq. “Bakcell Arena”daki qarşılaşma saat 21:00-da start götürəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!