"Neftçi"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi rəqiblərdən biri bəlli olub.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" ötən mövsüm I Liqaya vəsiqə qazanan "Sakaryaspor" ilə qarşılaşacaq.

İyulun 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
İyulun 1-də Boluya yollanacaq "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.

