“Neftçi”nin yeni baş məşqçisinin özündən məşhur xanımından “Sportinfo”ya ŞOK AÇIQLAMALAR!

29 İyun 2022 20:00 Neftçi 1 683
“Neftçi”nin yeni baş məşqçisinin özündən məşhur xanımından “Sportinfo”ya ŞOK AÇIQLAMALAR!

“Rege haqda çox danışmaq istəmirəm.

Çünki o, hələ də mənim ərim, uşaqlarımın atasıdır. Bizim boşanmamız olmayıb”.

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın məşhur xanımı Anamariya Prodan Sportinfo.az-a açıqlamasında xeyli vaxtdır birgə yaşamadığı əri haqda danışıb.

Anamariya azərbaycanlı futbol həvəskarlarına “Xəzər Lənkəran”ın Mirça Rednik dönəmindən tanışdır. Rumıniyalı xanım agent Rednikin və 10-a yaxın futbolçunun ölkəmizə gəlişinə vasitəçilik etmişdi. Odur ki, Azərbaycan ona yad deyil.

Maraqlıdır, Prodan Regekampfın “Neftçi”dəki fəaliyyəti ilə bağlı nəyə ümid edir? Ona nə arzulayır? Ərinin ölkəmizin ən köklü klubunda çalışmasına necə yanaşır?

Anamariyadan əsasən bu suallara cavab tapmağa çalışsaq da, xanım müsahibin ürəyi şəxsi məsələlərlə bağlı dolu olduğundan əsasən kənar mövzuda danışdı:

“Biz birlikdə inanılmaz karyera, hörmət və istəyə söykənən ailə qurmuşduq. Ölkəmizdə unikallıq adına maraqlı addımlar atırdıq.

Təəssüf ki, o, fərqli həyat obrazını seçdi. Beləliklə, bizim üçün öldü. Ona görə də onun və məşuqəsinin haqqında yazılanları oxumaq bizə maraqlı deyil.

Utanmazlar! Mən və övladların çox qürurlu və güclüyük. Yaşananlara görə təəssüf edirik, amma həyatda hər kəsin öz seçim ixtiyarı var.

Biz o qədər yüksəkdəyik ki... Yox, Rege çox alçaqdadır. O tip qadınları yanında gəzdirirsənsə, sən də qürur və ləyaqətini itirib onun kimi olursan”.

49 yaşlı Anamariya Prodanın ilk əri Tiberiu Dumitresku ilə olub ki, 9 illik evlilik həyatında Sara və Rebekka adlı iki qız övladı dünyaya gəlib.

Prodanla Regekampf 2008-ci ildə ailə qurub və bu nikahdan atasının ad-soyadını daşıyan Laurentsiu Regekampf adlı oğlan övladları var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı