"Neftçi"də yeni təyinat - Rəsmi

28 İyun 2022 17:10 Neftçi 1 124
"Neftçi"də yeni təyinat - Rəsmi

“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi Florin Tene ilə 2 illik müqavilə bağlanıb.

Rumıniyalı mütəxəssis ölkəsinin U-21 milli komandası (2002-2012) ilə yanaşı, bu ölkənin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017), “Universitatya Krayova” (2021-2022), Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında işləyib.

O, “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

Qeyd edək ki, bundan əvvəl "Neftçi"də Viorel Dinu köməkçi məşqçi, Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti