Regekampfı üstələmiş azərbaycanlı məşqçidən “Neftçi” haqda MARAQLI PROQNOZ - VİDEO

28 İyun 2022 17:00 Neftçi 1 489
Regekampfı üstələmiş azərbaycanlı məşqçidən “Neftçi” haqda MARAQLI PROQNOZ - VİDEO

“Onun komandası yadımda yaxşı qalıb, hələ də mənə elə gəlir ki, həmin oyun dünən olub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov deyib.

Bilindiyi kimi, «Neftçi»ni qarşıdakı 2 mövsümdə Laurentsiu Regekampf çalışdıracaq.

Yuri Vernidub, Ertuğrul Sağlam, Viktor Qonçarenko kimi məşqçiləri Azərbaycana gətirə bilməyən «ağ-qaralar» rumıniyalı ilə böyük məbləğ qarşılığında anlaşıb.

R.Məmmdov onunla 9 il öncə üz-üzə gəlib . Həmin vaxt (2013-cü il, 31 yanvar) baş məşqçisi olduğu «Qəbələ» Antalya toplanışı çərçivəsində «Styaua» ilə qarşılaşıb.

Regekampfın sükanı arxasında dayandığı Buxarest klubu Türkiyədən məğlubiyyətlə ayrılıb. Ona bu yenilgini yaşadan Ramiz Məmmədov olub.

«Qəbələ»yə ikinci qayıdışında uğurlu qrafik cızan azərbaycanlı mütəxəssisi rumın həmkarı üzərində qələbəyə Dodo sevindirib.

Braziliyalı hücumçunun 78-ci dəqiqədə vurduğu yeganə qol yoldaşlıq görüşünün taleyini müəyyənləşdirib.

Antalyada qeydə alınan hesab «Styaua»da şok kimi qarşılanıb. Axı Rumıniya klubu həmin mövsüm Çempionlar Liqasında dərin iz buraxıb.

Qrup mərhələsini aşan komandanın qarşısını yalnız «Çelsi» kəsə bilib. Başqa sözlə, Regekampflı «Styaua» 2013-cü ildə ilk məğlubiyyəti Ramiz Məmmədovun «Qəbələ»sindən, ardınca məşhur «zadəganlar»dan alıb.

Antalyadakı nəticə Regekampfı necə məyus edibsə, matçlan sonra paltardəyişmə otağında səsini qaldırıb, futbolçularından duş qəbul etmədən avtobusa minməyi istəyib.

Görəsən, Regekampf hansı oyun keyfiyyətləri ilə R.Məmmədovun diqqətini çəkib? Onu dinləyək:

“O, “Styaua”ya hücum futbolu oynadırdı. Müdafiədən irəli tez çıxırdılar. Bir-iki ötürmədən sonra topu meydanın əks tərəfinə keçirə bilirdilər.

Bu zaman cinah yarımmüdafiəçiləri daha fəal görünürdü. Kənarlardan hücuma daha tez çıxırdılar.

Top saxlamağı çox xoşlayırlar. Regekampf oyun vaxtı dəfələrlə futbolçularına tapşırırdı kı, topla hücuma daha tez çıxın.

Onlarla qapalı futbol oynamadıq, sadəcə, müdafiədə diqqətlı olduq. “Styaua”nın qapımız önündə təhlükəli vəziyyətlər yaratmasına az imkan verdik. Bizim isə bir neçə qol epizodumuz oldu.

Regekampfın “Neftçi”yə də hücum futbolu oynatmaq istədiyini eşitmişəm. Birinci onu nəzərə alaq ki, “Styaua” ilə “Neftçi”nin futbolçlarının səviyyəsi eyni deyil.

“Styaua”nın həmin heyətinin ümumi dəyəri bir neçə yüz milyon dollar idi. Rumıniyanın əksər yaxşı futbolçularını komandaya götürmüşdülər.

Təsadüfi deyil ki, “Styaua” o ildə Çempionlar Liqasında yaxşı nəticə qazandılar. Müasir futbolda ifaçılardan çox şey asılıdır.

Bilmirəm Regekampf “Neftçi”nin futbolçularını yaxşı tanıyır, ya yox, ancaq burada işi bir az fərqli olacaq. Görək, yeni alınan legionerlər komandanın səviyyəsini qaldıra biləcəkmi?

Yeni transferlər bu mənada çox əhəmiyyətlidir. Yadıma gəlir, “Styaua” “Qəbələ”yə uduzanda, Regekampf çox pis olmuşdu, mətbuata oyun haqda danışmaq istəmirdi.

Uduzacaqlarını qətiyyən gözləmirdilər, elə fikirləşirdilər ki, Azərbaycan klubuna asanlıqla 3-4 qol vuracaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti