"Neftçi"də bağışlanan forvard məşqlərə qoşuldu

28 İyun 2022 21:20 Neftçi 2 260
"Neftçi"də bağışlanan forvard məşqlərə qoşuldu

Konfrans Liqasına hazırlaşan "Neftçi"nin Bakıda keçirilən toplanışı davam edir.

Hazırlıqda iştirak edən futbolçular arasında Mirabdulla Abbasov da var.

Halbuki onun komandadan gedəcəyi və ya icarəyə veriləcəyi ehtimal edilirdi.

Belə ki, ötən mövsüm baş məşqçi Samir Abasovla dil tapa bilməyən oyunçu qış fasiləsindən sonra bir matçda belə şans qazanmadı. Gənc mütəxəssisin qəzəbinə tuş gələn 27 yaşlı oyunçu öncə ehtiyata, sonra isə əvəzedici komandaya göndərilmişdi.

Amma yeni çalışdırıcı Lorentsio Regekampf bağışlanan Mirabdulla Abbasovu da yoxlamaq qərarına gəlib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!