“Neftçi”yə mesaj var: “Əvvəlcə avrokubok matçlarını həll etməliyik"

28 İyun 2022 00:40 Neftçi 974
“Neftçi”yə mesaj var: “Əvvəlcə avrokubok matçlarını həll etməliyik"

"Təlim-məşq toplanışına yaxşı başladıq və ilk yoxlama oyununda böyükhesablı qələbə qazandıq.

Amma əvvəlcə avrokubok matçlarını həll etməliyik".

Sportinfo.az xəbər verir ki, bunu "Aris"in (Kipr) futbolçusu Matiya Şpolyariç "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Serb əsilli kiprli hücumçu "ağ-qaralar"la matça ciddi hazırlaşdıqlarını bildirib: "Görməli olduğumuz işlər çoxdur. Əlimizdən gələni edirik.

Bilirsiz ki, yeni baş məşqçimiz var. Onun üslubuna uyğunlaşmaq üçün çox çalışmalıyıq. Oyuna hazır olmaq üçün mümkün olan hər şeyi edəcəyik".

"Neftçi" "Aris"ə qarşı ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti