"Neftçi"də ikisi gəldi, qaldı biri

27 İyun 2022 23:20 Neftçi 3 173
"Neftçi"də ikisi gəldi, qaldı biri

"Neftçi" Konfrans Liqasına hazırlığını Bakıda davam etdirir.

Komanda hələ də tam tərkibdə hazırlıq keçə bilmir, çünki milli komandanın üzvlərinə əlavə istirahət verilmişdi.

Artıq baş məşqçi Lorensio Regekampfın yolunu gözlədiyi futbolçular tədricən toplanışa qoşulmaqdadır.

Emin Mahmudov və Azər Salahlı bu gündən yeni çalışdırcının məşqlərinə qoşulub.

İndi qalır digər milli üzvü Eddi İsrafilov. O, hələ də toplanışda iştirak etmir. Onun isə yaxın 1-2 gündə komanda yoldaşlarına qoşulacağı gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti