"Neftçi"nin yeni transferinin bu sözləri qıcıq doğuracaq: "Kaş..."

27 İyun 2022 21:00 Neftçi 2 508
"Neftçi"nin yeni transferinin bu sözləri qıcıq doğuracaq: "Kaş..."

"Neftçi"nin yeni transferi Qodsvey Donyo sabiq klubu "Makkabi" (Hayfa, İsrail) ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib.

Qanalı forvard azarkeşlərə təşəkkür edib:

"İki gözəl mövsüm üçün "Makkabi Hayfa"ya təşəkkür edirəm. Koronavirus pandemiyasının futbol dünyasına problem yaratdığı çətin bir zamanda İsrailə gəldim.

Gözəl azarkeşlərimiz olmadan oynamağı öyrənməli idik. Bütün bunlara və çətin mübarizəyə baxmayaraq, on ildən sonra nəhayət çempionluğu qazandıq.

Bu, mənim ilk çempionluq titulum idi. Bu tarixin bir hissəsi olmaqdan çox qürur duyuram və fəxr edirəm.

Növbəti mövsümdə bütün titulları qazanaraq daha bir tarix yazmaq istəyirdik, lakin təəssüf ki, bu, baş vermədi.

Ümumilikdə üç titul və çempionluq qazandığımız unudulmaz mövsümdən sonra "yaşıl ailə"nin bir hissəsi olmaqdan xoşbəxt və qürurluyam.

İsraildə olduğum müddətdə aldığım bütün məhəbbət və dəstəyə görə çox minnətdaram, həqiqətən özümü evdəki kimi hiss edirdim.

Kaş ki, daha çox qala biləydim, amma şəraitə görə alınmadı. Klub və azarkeşlərin mənim qəlbimdə həmişə xüsusi yeri olacaq.

Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Bir dəfə yaşıl, həmişə yaşıl...".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"