“Neftçi”də 2 ayrılıq birdən: Onlar rumıniyalı məşqçiyə lazım olmadı – SON DƏQİQƏ

27 İyun 2022 11:40 Neftçi 4 215
“Neftçi”də 2 ayrılıq birdən: Onlar rumıniyalı məşqçiyə lazım olmadı – SON DƏQİQƏ

“Neftçi”də baş məşqçi postuna Laurentsiu Regekampfın gətirilməsindən sonra klubda görülən işlər “sürətini artırıb”.

Bu dəqiqə qarşıda duran əsas məqsəd yeni çalışdırıcının oyun fəlsəfəsinə uyğun komandanın qurulmasıdır ki, hazırda bütün diqqətlər bu səmtə yönəlib.

Heyətin gücləndirilməsi əsas məqsəddir. Bu mənada Rəhman Hacıyevin dönüşünü və İsraildən Ataa Caberlə Qodsvey Donyonun gətirilməsini əyani sübut kimi göstərmək olar.

Artıq “təmizləmə əməliyyatı”na da start verildiyini deyə bilərik. Qatarı ilk tərk edən sərnişin Kamran İbrahimov olmuşdu. Mert Çelik də hazırda “Başakşehir”in məşqlərində iştirak edir.

“Neftçi” bu gün, uzağı sabah daha iki futbolçunun ayrılıq xəbərini yayacaq. Söhbət braziliyalı forvardlar – Ramon Maçado ilə Tyaqo Bezerradan gedir.

Hər iki legionerlə müqavilənin müddəti bu ayın sonunda başa çatır ki, Regekampf Maçado ilə Bezerranın xidmətində maraqlı deyil.

Bezerra “Neftçi” formasında meydana çıxdığı 25 oyunda rəqib qapılarından 10 top keçirib. Maçadoda isə bu göstərici 28 matçda 7 qoldur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti