“NEFTÇİ”: Rumıniyalı baş məşqçinin yeni tələbləri nədir?

27 İyun 2022 14:00 Neftçi 72 124
“NEFTÇİ”: Rumıniyalı baş məşqçinin yeni tələbləri nədir?

“Neftçi”nin yeni baş məşqçisi Lorentsiu Regekamf komandanın özünün iş prinsipləri ilə tanış edib.

“Ağ-qaralar”la 2 illik müqavilə imzalamış rumıniyalı çalışdırıcı sürətli hücum futboluna üstünlük verəcəyini bildirib.

Vaxtilə “Styaua”nın sükanı arxasında dayanmış mütəxəssis nizam-intiqam qaydalarını pozan futbolçuları sərt şəkildə cəzalandıracağını, belə halların təkrarlanacağı təqdirdə, onları düşərgədən uzaqlaşdıracağını söyləyib.

Regekampf xatırladıb ki, o, işlədiyi hər yerdə yaxşı nəticə qazanmağı qarşısına məqsəd qoyub və onun komandaları öz baxımlı oyunu ilə başqalarından fərqlənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!