TRANSFER GÜNDƏMİ - Türkiyə klubu "Neftçi"yə məktub göndərdi: FOTOLAR

26 İyun 2022 10:40 Neftçi 4 938
TRANSFER GÜNDƏMİ - Türkiyə klubu "Neftçi"yə məktub göndərdi: FOTOLAR

"Neftçi" ilə 2 illik icarə müqaviləsi başa çatan Mert Çelik müqavilə ilə məxsus olduğu "Başakşehir"ə qayıdıb.

Millimizin müdafiəçisi İstanbul təmsilçinin məşqində iştirak edib.

22 yaşlı oyunçunun Super Liqa klubunda qalacağı, yoxsa Azərbaycana dönəcəyi yaxın günlərdə məlum olacaq.

Bu barədə Sportinfo.az-a "Neftçi"dən bildirilib. Redaksiyamıza verilən məlumata görə, "Başakşehir" bir müddət əvvəl onlara məktub ünvanlayıb.

Qarşı tərəf Merti təlim-məşq toplanışına dəvət edəcəyini və baş məşqçi Emre Belezoğlunun raportu əsasında qərar verəcəklərini məktubda göstərib.

Yəni ki, yığmamızın üzvünün hazırlıq prosesi və yoxlama oyunları zamanı göstərəcəyi performans nəzərə alınacaq.

Bakı klubu "Başakşehir"in mövqeyinə anlayış göstərib, bununla belə, Mertlə təması kəsməyib

. İstanbullular onu yenidən icarəyə göndərmək istəyərsə, ilk seçimi "Neftçi" olacaq. Hər halda gənc müdafiəçi "ağ-qaralar"a belə bir vəd verib.





Digər Xəbərlər
Xəbər Lenti