"Neftçi"dəki təyinata REAKSİYA: “Açığı, bu, məndə narahatçılıq yaratmır"

26 İyun 2022 20:40 Neftçi 1 819
"Neftçi"dəki təyinata REAKSİYA: “Açığı, bu, məndə narahatçılıq yaratmır"

“Açığı, məşqçinin “cv”sinə baxanda uğurlu seçim demək olar.

Məşqçi kimi nəticələrinə baxanda düzgün seçim edildiyini görürsən, amma hər şeyi çempionatın gedişində biləcəyik.

Rumıniyalı məşqçilərdən Mirça Rednik Azərbaycanda kifayət gədər uğurlu məşqçi oldu. Ümid edirik ki, öz oyun sistemi ilə Regekampf da “Neftçi”yə uğur gətirər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”dəki yeni baş məşqçi təyinatına münasibət bildirən Nicat Qurbanov deyib.

“Neftçi”nin sabiq yarımmüdafiəçisi əcnəbi mütəxəssisə “ağ qaralar”da uğur qazana bilməyin yolunu da göstərib:

“Ümumiyətlə, futbolda uğur qazanmaq istiyirsənsə xırda detallara kimi fikir verməlisən. Futbol inkşaf etdikcə hər bir şeyə fikir verməli olursan.

Məncə, “Neftçi” kimi komanda da hər bir şeyə fikir verilməsi mütləqdir”.

Rumıniyalı mütəxəssisin şəxsi həyatı və son dönəmlər Ərəbistanda çalışması əksəriyyətdə gələcəklə bağlı narahatlıq yaradan əsas məqamlardı.

Amma veteran futbolçu əksini düşünür:

"Açığı, bu, məndə narahatçılıq yaratmır. Təcrübəli məşqçidi. Bir az zamana ehtiyacı var. İşsiz qalsaydı, onda narahatlıq olardı, məncə”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!