“Neftçi”də tanınan hücumçu açıqladı ki...

25 İyun 2022 22:20 Neftçi 2 215
“Neftçi”də tanınan hücumçu açıqladı ki...

“Son illər ölkə futbolunda ciddi irəliləyiş müşahidə olunmaqdadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq forvardı Bahodır Nasimov deyib.

“Ağ-qaralar” 2011-ci ildə özbəkistanlı hücumçunu “Rubin”dən 1 illiyə icarəyə götürüb, daha sonra tamhüquqlu sahibinə çevrilib.

“14 nömrə” əzmkarlığı və fiziki gücü hesabına qolları sıralamaqla azarkeşlərin sevgisini qazanmağı bacarmışdı.

“Neftçi”nin formasında meydana çıxdığı 103 oyunda rəqib qapılarına 41 dəfə yol tapan Nasimov 2014-cü ildə buradan ayrıldı.

İki il qabaq “Keşlə”də (indiki “Şamaxı”) görünsə də, ümidləri doğrultmadı.

İran “Padideh”i ilə Koreya “Ansan Greeners”in heyətində də “vuran ayağ”a çevrilməkdə çətinlik çəkdi. 35 yaşlı Bahodir indi karyerasının son çağlarını yaşayır, ölkəsinin aparıcı komandalarından olan “Soqdiana”nın formasını qoruyur.

Özbəkistan futbolunun hazırkı vəziyyətindən danışan Nasimov bunları söyləyib:

“Çempionat kifayət qədər gərgin və maraqlı keçir. Burada bacarıqlı yerli və əcnəbi futbolçular var.

Özbəkistanın U-23 millisi hazırda keçirilən Asiya çempionatının final qarşılaşmasına hazırlaşır. Yaponiyanı keçdilər. Əsas yığma da öz axarıyla yoluna davam edir”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu