"Aşdod"un israilli yarımmüdafiəçisi Ataa Caber və "Makkabi"nin (Hayfa) qanalı hücumçusu Qodsvey Donyo ilə 2 illik müqavilə imzalayan “Neftçi” daha bir “transfer bombası”nı partladıb.
Bu haqda Sportinfo.az-a paytaxt təmsilçisindən informasiya verilib.
Bakılıların sayca üçüncü yeni siması da israillidir - Kenni Sayefi.
“Anderlext”dən ayrılan 29 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıya gəlib. ABŞ və İsrail vətəndaşlığı olan forvard son olaraq icarə əsasında "Aşdod"da çıxış edib.
“Neftçi” ilə 2+1 illik müqavilə imzalamağa hazırlaşan Kenni Sayef daha əvvəl Belçikada "Gent"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klubunun formasını geyinib.
O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.

