"Aşdod"un yarımmüdafiəçisi Ataa Caberi 2 illik heyətinə qatan "Neftçi" İsraildən daha bir futbolçu gətirib.
Bu barədə Sportinfo.az-a paytaxt klubundan məlumat verilib.
Bildirilib ki, "Makkabi"dən (Hayfa) ayrılan Qodsvey Donyo ötən gündən Bakıdadır.
28 yaşlı hücumçu ilə 2 illik müqaviə şərtləri razılaşdırılb və yaxın saatarda yeni transferin açıqlaması gözlənilir.
Qanalı karyerasına ölkəsində başlayıb. Yeniyetmə yaşlarında “Mançester Siti”nin skautlarının diqqətini çəkib.
2013 - 2016-cı illərdə İngiltərə nəhənginin U-18 və U-21 komandalarında çıxış edib. Həmin arada “Yurqarden”ə (İsveç) icarəyə verilib.
2014/2015 mövsümündə isə “Falkenberqs”ə göndərilib. Ardınca Danimarkada "Norşelland"ın, Almaniyada "Dinamo"nun (Drezden) formasını geyinib (6 ay).
4 il çıxış etdiyi Danimarka klubunda 76 dəfə meydana çıxıb və 26 qola imza atıb. 2020-ci ildə İsrailə gəlib, Hayfa “Makkabi”si ilə ikillik müqavilə imzalayıb.
Bu komandada 54 oyuna çıxıb, 13 dəfə fərqlənib. Təkcə ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

